29.01.2020 17:40
364

“Barselona”nın futbolçusu Karles Peres karyerasını İtaliyada davam etdirəcək.
Cempion.az İtaliya mətbuatına əsasən xəbər verir ki, 21 yaşlı hücumçu “Roma” klubuna transfer olacaq. Peres, bu gün tibbi müayinədən keçmək üçün Romaya gəlib. “Roma” ispan hücumçu üçün “Barselona”ya 13 milyon avro ödəyəcək.
Qeyd edək ki, bu mövsüm “Barselona” ilə La Liqada 10 oyunda iştirak edən Peres, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.