30.01.2020 08:35
332

“Monako” klubu heyətini iki yeni futbolçuyla gücləndirməyə hazırlaşır.
Cempion.az Fransa mətbuatına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi “Strasburq”dan Yussuf Fofananı və “Bordo”dan Orelyen Çuamenini heyətinə cəlb etməyə yaxındır.
“Monako” Fofana üçün 15, Çuameni üçün isə 20 milyon avro ödəyəcək.
Qeyd edək ki, Fofana bu mövsüm “Strasburq” formasıyla Liqa 1-də 13 oyunda iştirak edib. “Bordo”nun yetirməsi olan Çuameni isə 15 matça çıxıb.