çərşənbə, 30 aprel 2025

BİZİM FUTBOL

"Qarabağ"a pula görə gəlib

30.01.2020 14:00 Oxundu 602


Qana mətbuatı "Qarabağ"ın yeni transferi Ovusu Kvabenanın "Kordoba"nı tərk etməsinin əsl səbəbini açıqlayıb.

Cempion.az xəbər verir ki, "ghanasoccernet" saytının yazdığına görə, 22 yaşlı hücumçunun Sequnda B təmsilçisindən gedişi pulla bağlıdır. Klubdan maaşını ala bilməyən afrikalı çıxış yolunu başqa komandaya keçməkdə görüb.

Kvabena "Qarabağ"la 2,5 illik müqavilə bağlayıb.