30.01.2020 22:11
365

Futzal üzrə Azərbaycan millisi bu gün DÇ-2020-nin elit-raund mərhələsində növbəti oyununa çıxıb.
Cempion.az xəbər verir ki, yığmamız Rusiya millisi ilə qarşılaşıb. Matç komandamızın 4:3 hesablı qələbəsi ilə başa çatıb.
Qrupun digər oyununda Slovakiya və Xorvatiya yığmaları üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, millimiz bu mərhələdə ilk oyununu ötən gün Xorvatiyaya qarşı keçirib və 0:2 hesabı ilə məğlub olub. Rusiya isə Slovakiyanı 7:1 udub.
Azərbaycan - Rusiya - 4:3
Qollar: R.Vilela, 01:44 (1:0), Romulo, 15:28 (1:1), D.Davıdov, 17:33 (1:2), K.Everton, 33:31 (2:2), 39:24 (3:2), A.Antoşkin, 39:40 (3:3), İ.Atayev, 36:45 (4:3)