31.01.2020 13:42
430

Fransa mətbuatı “Lans"ın "Qarabağ"ın müadafiəçisi Faysal Rerrası almaqdan imtina etməsi xəbərini yayıb.
Cempion.az xəbər verir ki, Liqa 2 təmsilçisi əvvəlcə mərakeşli legioneri heyətinə qatmağı planlaşdırıb.
Ancaq klubdaxili son iclasda belə qərara alınıb ki, komandada sol cinahda oynaya biləcək kifayət qədər futbolçu var.
F.Rerrasla İtaliyanın "Benevento", "Krotone", Türkiyənin "Rizespor" və Belçikanın "Lyej" klublarının da maraqlanması barədə xəbərlər yayılıb.