31.01.2020 11:49
338


Almaniyanın “Herta” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, Berlin təmsilçisi “Milan”ın polşalı hücumçusu Kşiştof Pyonteki heyətinə cəlb edib. 24 yaşlı polşalı hücumçu ilə uzunmüddətli müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, Polşa millisinin üzvü bu mövsüm "Milan"da 20 oyunda 5 qol vurub.