31.01.2020 12:46
381

“Qəbələ” İdman Klubu ölkəmizin daha bir tanınmış markası ilə əməkdaşlığa start verir.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, süd məhsulları istehsalında lider marka olan “Milla” brendi artıq komandanın titul sponsorudur.
“Qəbələ” İdman Klubu ilə “Milla” arasındakı sponsorluq razılaşması 2020-2021-ci illəri əhatə edir. Razılaşmaya əsasən əsas komandanın oyun formalarının ön hissəsində “Milla” brendinin logosu əks olunacaq.
Mənbənin məlumatında bildirilir ki, 2011-ci ildən fəaliyyət göstərən “Milla” brendi keyfiyyətli xammal, ən son emal qablaşdırma texnologiyaları və dünya səviyyəli keyfiyyətə nəzarət sistemlərinin tətbiqi ilə istehlakçılarına təbii süddən hazırlanmış məhsulları təklif edir.