31.01.2020 16:20
354

"Milan" müdafiəçisi Rikardo Rodriqesi "PSV" klubuna icarəyə verib.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, İsveçrə millisinin üzvü mövsümün sonuna qədər Niderland klubunun şərəfini qoruyacaq. Bu transfer üçün "Milan" klubuna 1 milyon avro təzminat ödənilib.
Qeyd ed'k ki, 27 yaşlı futbolçu bu mövsüm İtaliya A Seriyasında 4 oyun keçirib. "Milan" Rodriqesi 2017-ci ildə "Volfsburq"dan 17 milyon avroya transfer etmişdi.