cümə axşamı, 01 may 2025

VOLEYBOL

Voleybol üzrə Azərbaycan çemрionatında 9 komanda mübarizə aрaracaq

01.02.2020 13:00 Oxundu 1119


Bu gün qadın voleybolçular arasında Azərbaycan I liqasına start veriləcək.

Cemрion.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə qurumun idman zalında keçiriləcək birincilikdə 9 klub mübarizə aparacaq.

Mükafatlar uğrunda “Azəri”, “Azərreyl-1”, “Azərreyl-2”, “Abşeron”, “Aura”, “Sərhədçi”, “Loqist” MMG, “Baku Flames” və İOUGİM-7 komandaları qüvvəsini sınayacaq.

I liqanın açılış matçı fevralın 1-də təşkil olunacaq. Yarışa “Azərreyl-2” və “Abşeron” klublarının oyunu ilə start veriləcək. Ardınca “Aura” “Azəri” ilə “Azərreyl-1” “Sərhədçi” ilə, “Loqist” MMG “Baku Flames” ilə üz-üzə gələcək.

I liqa 1 dövrədən ibarət olacaq. Ardınca pley-off mərhələsi keçiriləcək.