
Bu gün Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün ikinci yarısına - üçüncü dövrəyə start verilib.
Cempion.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. "Zirə" doğma meydanda "Sabah"la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. Bu qələbə sayəsində Zaur Həşimovun komandası 4-cü pilləyə yüksəlib.
Günün son oyununda "Neftçi" "Sumqayıt"ı qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb.
1 fevral (şənbə)
17:30. “Neftçi” – “Sumqayıt” - 1:1
Qollar: Rəhim Sadıxov, 43 (0:1), Baqali Dabo, 71 (1:1)
Qırmızı vərəqə: Voyislav Stankoviç, 41 ("Neftçi")
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Namiq Bəkirov
“Bakcell Arena”
15:00. “Zirə” – “Sabah” - 2:0
Qollar: Ağabala Ramazanov, 45+2, Riçard Qadze, 78
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rəşad Əhmədov
Zirə İdman Kompleksinin stadionu
2 fevral (bazar)
15:00. “Qəbələ” – “Keşlə”
Qəbələ şəhər stadionu,
17:30. “Səbail” – “Qarabağ”
“ASCO Arena”
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qarabağ | 14 | 9 | 4 | 1 | 24-7 | 31 |
2 | Neftçi | 15 | 7 | 5 | 3 | 23-12 | 26 |
3 | Keşlə | 14 | 6 | 5 | 3 | 18-12 | 23 |
4 | Zirə | 15 | 5 | 5 | 5 | 20-22 | 20 |
5 | Sumqayıt | 15 | 5 | 4 | 6 | 19-21 | 19 |
6 | Sabah | 15 | 3 | 4 | 8 | 14-20 | 13 |
7 | Qəbələ | 14 | 3 | 4 | 7 | 14-24 | 13 |
8 | Səbail | 14 | 3 | 3 | 8 | 10-24 | 12 |
Bombardirlər:
Lorenzo Frutos ("Keşlə") - 6 qol
Peyman Babayi ("Sumqayıt") - 6 qol
Stiven Monroz ("Neftçi") - 6 qol
Mehdi Şərifi ("Sumqayıt") - 5 qol
Davit Volkov ("Qəbələ") - 5 qol
İsmayıl İbrahimli ("Qarabağ") - 4 qol
Maqaye Qeye ("Qarabağ") - 4 qol
Mahir Emreli ("Qarabağ") - 4 qol
Xulio Sezar Rodrigez ("Zirə") - 4 qol
Nicat Süleymanov ("Zirə") - 4 qol