cümə axşamı, 19 iyun 2025

DÜNYA FUTBOLU

Silvana Martina:  "Güman edirəm ki, heç o özü də gələcək karyerası barədə nəsə bilmir"

01.02.2020 16:00 Oxundu 417


“Yuventus”un qapıçısı Canluici Buffonun agenti Silvana Martina futbolçunun gələcək karyerası ilə bağlı açıqlama verib.

Cempion.az xəbər verir ki, o, İtaliya mətbuatına açıqlamasında 42 yaşlı əlcək sahibinin mart ayında klub rəsmiləri ilə görüşəcəyini deyib:

“Bilmirəm, o nə edəcək. Güman edirəm ki, heç o özü də gələcək karyerası barədə nəsə bilmir. Mart ayında klub rəhbərliyi ilə görüşəcəyik və o zaman sonra nə olacağına baxacağıq”.

Xatırladaq ki, Buffon ötən yay PSJ-dən “Yuventus”a qayıdıb. O, bu mövsüm 7 oyunda meydana çıxıb.