cümə axşamı, 01 may 2025

BİZİM FUTBOL

“Qarabağ”dan Çin klubuna

03.02.2020 18:40 Oxundu 373


Dani Kintana “Qarabağ”dan ayrılıb.
Cempion.az klubun rəsmi səyfəsinə istinadən xəbər verir ki, “Təşəkkürlər, Kintana” başlıqlı video paylaşıb. Videoda Ağdam təmsilçisinin bugünkü məşqində futbolçuların Danini atıb-tutduğu görünür.
 



"Qarabağ" klubu Dani Kintananın  ayrılması ilə bağlı rəsmi məlumat da yayıb. Məlumatda deyilir ki, Dani  bu gün komandada sonuncu məşqinə çıxıb. İspaniyalı yarımmüdafiəçi Çinin "Chengdu Better City" klubuna (birinci liqada çıxış edir) transfer olunub. O, bu gün tibbi yoxlanışdan keçmək üçün yeni komandasının Tailandda davam edən düşərgəsinə yollanacaq.

 

Qeyd edək ki, 2015-ci ildə "Qarabağ"a transfer olunan Kintana 146 oyunda meydanda olub, 42 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb. Ağdam klubu Kintanaya göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.