cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

"Yuventus" "Liverpul"a rekord məbləğ təklif edib

03.02.2020 19:00 Oxundu 349


İngiltərənin "Liverpul" klubunun futbolçusu Vircil van Deyk karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "Yuventus" niderlandlı müdafiəçini yayda 150 milyon funt sterlinqə almağa hazırdır.
"Qoca Sinyora" hesab edir ki,  Vircil van Deyk komandaya Çempionlar Liqasında kömək etməyə qadirdir. Beləliklə, niderlandlı oyunçu ikinci dəfə dünyanın ən yaxşı müdafiəçisi sayıla bilər.

Qeyd edək ki, "Liverpul" Vircil van Deyki 1 yanvar 2018-ci ildə İngiltərə "Sautgempton"undan 84,65 milyon avroya alıb. Bununla da hollandiyalı oyunçu futbol tarixində ən bahalı legionerə çevrilib. 5 avqust 2019-cu ildə bu rekordu "Lester"dən "Mançester Yunayted"ə 87 milyon avroya keçən Harri Maquayr qırıb.