03.02.2020 18:45
377


“Mançester Yunayted” “Lester”in yarımmüdafiəçisi Ceyms Meddisonu transfer etməyə yaxındır.
Cempion.az Britaniya mətbuatına istinadən xəbər verir ki, yayda Pol Poqbanın klubu tərk etmək ehtimalı yüksək olduğundan, mançesterlilər artıq indidən yarımmüdafiəçi axtarışına çıxıb. İlk hədəf isə "Lester Siti"nin futbolçusu Meddisondur. Əslində klub rəsmiləri uzun müddətdir ki, yarımmüdafiəçi ilə maraqlanırlar. Böyük ehtimalla, Poqbanın satışından əldə olunan vəsait “Lester”in yarımmüdafiəçisinə xərclənəcək.
Qeyd edək ki, artıq İtaliya mətbuatı Poqbanın yayda “Yuventus”a keçəcəyi ilə bağlı məlumatlar yayır.