cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

İvanoviç: "Futbol VAR-sız daha gözəldir"

03.02.2020 19:46 Oxundu 411


VAR bu oyuna aid deyil. Millimetrlə oyundankənar vəziyyət qərarı vermək doğru deyil. Futbol VAR-sız daha gözəldir".
Cempion.az xəbər verir ki, bu sözləri “Zenit”İn futbolçusu Branislav İvanoviç VAR-la bağlı danışarkən deyib.
Serbiyalı müdafiəçi Rusiya mətbuatına açıqlamasında bu sistemin futbola fayda vermədiyini bildirib:”Əgər hər şey sonradan izlənilirsə, meydandakı hakimləri tamamilə götürə bilərik. Bu şəkildə futbolu kompüter oyununa çeviririk. Hakimin VAR-la səhvini düzəltməsi, müdafiəçinin yanlışlığa yol verəndə "yenidən başlayaq, bu səhvi təkrarlamayım" deməsinə bənzəyir. "VAR bu oyuna aid deyil. Millimetrlə oyundankənar vəziyyət qərarı vermək doğru deyil. Futbol VAR-sız daha gözəldir".