04.02.2020 10:20
371


İngiltərə Premyer Liqa 2-də növbəti oyunlar keçirilib.
Cemрion.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Vulverhempton”un U-23 komandası 16-cı turda səfərdə “Sauthempton”dan olan həmyaşıdları ilə üz-üzə gəliblər. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0.
Start heyətdə meydana çıxan Dadaşov sonadək mübarizə aparıb.
“Vulverhempton” bu oyundan sonra yer aldıqları 1-ci qrupda 12 kollektiv arasında 11 xalla sonuncu pillədə qərarlaşıb.