05.02.2020 15:00
409


"Keşlə"nin düşərgəsinə yeni futbolçu gəlib.
Cempion.az xəbər verir ki Murad Ağayevlə müqavilə imzalanıb.
Vaxtilə milliyə də dəvət alan 26 yaşlı yarımmüdafiəçi mövsümün sonunadək paytaxt təmsilçisinə məxsus olacaq. "Sumqayıt", "Neftçi", AZAL-ın da formasını geyinmiş Murad mövsümün ilk yarısını "Səbail"in əvəzedici heyətində keçirib. Tərlan Əhmədov onu AFFA-dan gələn zəngdən sonra komandaya götürüb. (sportinfo.az)