cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

Ermənistan Futbol Federasiyasının sabiq prezidenti həbs olundu

05.02.2020 18:11 Oxundu 369


Ermənistan Futbol Federasiyasının sabiq prezidenti Ruben Ayrapetyan zorla polis bölməsinə aparılıb.

Cempion.az xəbər verir ki, bu barədə xəbəri onun vəkili Amram Makinyan yayıb.

O bildirib ki, federasiyanın sabiq rəhbəri maskalı polis əməkdaşları tərəfindən saxlanılıb. Vəkilin sözlərinə görə, bu addım əsassız şəkildə edilib.

R.Ayrapetyanın silah-sursatların qanunsuz saxlamasında şübhəli bilindiyi iddia olunur.