cümə axşamı, 01 may 2025

DİGƏR NÖVLƏR

Bakıda Lütfi Zadənin xatirəsinə həsr olunmuş 4 turnir

05.02.2020 19:00 Oxundu 405


Nizami E-Sport Arena və “Gaming League Azerbaijan” fevral ayı ərzində Azərbaycanın görkəmli şəxsiyyətlərindən biri, dünya şöhrətli alim Lütfi Zadənin xatirəsinə həsr olunan 4 turnir təşkil edəcək.

Cempion.az xəbər verir ki, turnirlər 8, 15, 22 və 29 fevral tarixlərində, müvafiq olaraq PubG, Fortnite, DOTA2 və League of Legends oyunları üzrə keçiriləcək.

Yarışların əsas məqsədi ölkəmizdəki ən güclü kiberidmançıları seçərək onlarla iş birliyinə başlayıb, gələcəkdə beynəlxalq yarışlarda iştiraklarına şərait yaratmaqdır.

Mart ayının əvvəlində isə “GLA” tərəfindən seçilən kiberidmançılar, təşkil olunacaq mətbuat konfransında mediaya təqdim ediləcək.