cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

"Mançester Siti"də ciddi itki

05.02.2020 12:15 Oxundu 359

"Mançester Siti"nin futbolçusu Rahim Sterlinq zədələnib.
Cempion.az "The Sun"a istinadən xəbər verir ki, ingiltərəli  hücumçu 3 həftə yaşıl meydanlardan kənarda qalacaq. Ayağından zədə alan hücumçu Çempionlar Liqasının "Real"la 1/8 final oyununu buraxa bilər.

Qeyd edək ki, "MS" - "Real" qarşılaşması fevralın 27-də keçiriləcək.