çərşənbə axşamı, 03 iyun 2025

BİZİM FUTBOL

"Neftçala" və "Rəvan"ın sabiq futbolçusu "Sumqayıt"da məşqçiliyə başladı

06.02.2020 14:00 Oxundu 415


Karyerasını erkən başa vuran daha bir futbolçu məşqçiliyə başlayıb.

Cempion.az xəbər verir ki söhbət Məhəmməd Alıyevdən gedir.

28 yaşlı Alıyev karyerası ərzində "Sumqayıt" "Neftçala" "Qaradağ Lökbatan" və "Rəvan" kimi klublarda çıxış edib. Bu yaxınlarda C kateqoriyalı məşqçilik kurslarına başlayan Alıyev "Sumqayıt" Futbol Akademiyasında məşqçiliyə başlayıb.