cümə, 02 may 2025

DÜNYA FUTBOLU

“Yuventus”dan Dibalaya 10 milyonluq yeni təklif

08.02.2020 16:00 Oxundu 359


"Yuventus” hücumçusu Paulo Dibala ilə bağlı qərarını verib.

Cempion.az xəbər verir ki, “qoca sinyora” argentinalı futbolçuya yeni anlaşma təklif edib.

“Yuventus” futbolçuya 2025-ci ilədək nəzərdə tutulan yeni müqavilə təklif edib. Dibala yeni müqavilə ilə illik 10 milyon avro məvacib tələb edir. Artıq tərəflər arasında yeni müqavilə üçün danışıqların başlandığı bildirilir.

2015-ci ildən “Yuventus”un şərəfini qoruyan 26 yaşlı futbolçunun hazırkı müqaviləsi 2022-ci ilədək nəzərdə tutulub. O, cari mövsümdə iştirak etdiyi 28 oyunda 11 qol, eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.