10.02.2020 18:17
349

“Mançester Yunayted” karyerasını icarə əsasında “Roma”da davam etdirən futbolçusu Kris Smollinqin transfer qiymətini müəyyənləşdirib.
Cempion.az xəbər verir ki, “Roma” icarə müqaviləsi cari mövsümün sonunda bitəcək müdafiəçini birdəfəlik transfer etmək niyyətindədir.
İtaliya klubunun 30 yaşlı futbolçunun transferi üçün 14 milyon avro ayırdığı bildirilir. Amma “Mançester Yunayted” Smollinq üçün 20 milyon avro təzminat məbləği tələb edir.
“Qırmızı şeytanlar”la müqaviləsi 2022-ci ilin iyulunadək nəzərdə tutulan ingiltərəli futbolçu, cari mövsümdə “Roma”nın heyətində iştirak etdiyi 23 oyunda 2 qolla yadda qalıb.