05.08.2016 10:28
216
216
Bu gün 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına rəsmən start veriləcək. Açılış mərasimi cümədən şənbəyə keçən gecə - Bakı vaxtı ilə saat 03:00-da başlayacaq.
XXXI Yay Olimpiya Oyunlarında 206 ölkə və qaçqınlardan ibarət komanda iştirak edəcək. Braziliyada 11 min idmançı 306 dəst medal uğrunda mübarizə aparacaq.
Azərbaycanı olimpiadada 18 idman növü üzrə 56 idmançı təmsil edəcək.
Rəsmi açılışın bu gecə olmasına baxmayaraq, artıq olimpiadada futbol oyunları başlayıb. Açılış mərasimindən sonra kamandan oxatma yarışları keçiriləcək.
Qeyd edək ki, Rio-2016-ya avqustun 21-də yekun vurulacaq.