şənbə, 03 may 2025

BİZİM FUTBOL

Kristian Kuaku "Qəbələ"dən ayrılıb - Rəsmi

13.02.2020 15:45 Oxundu 456


"Qəbələ" klubu kot d'ivuarlı futbolçu Kristian Kuaku ilə yollarını ayırıb.
Cempion.az xəbər verir ki, bu barədə "Report"a əyalət təmsilçisinin baş meneceri Zaur Əzizov məlumat verib. Onun sözlərinə görə, 28 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, cari mövsümün əvvəlində Çexiyanın "Karvina" klubundan transfer olunan Kristian Kuaku ilə 1+1 illik müqavilə bağlanmışdı.