cümə, 26 aprel 2024

BİZİM FUTBOL

Ceyhun Sultanov pulunu vermədiyi menecerdən qaçır

14.02.2020 11:00 Oxundu 406


"Neftçi" və Saman Nəriman Cahanla aramızda olan problem olduğu kimi qalıb".

Cempion.az xəbər verir ki, bu sözlər iranlı legioneri "Neftçi"yə təklif edən Xanbaba Daşdıya məxsusdur.

Bakı klubunun qış fasiləsində heyətinə qatdığı yarımmüdafiəçi ətrafında baş verən qalmaqal hələ sakitləşməyib. Azərbaycanlı menecer 1,5 illik müqavilə imzalayan Samana görə "ağ-qaralar"dan ona çatacaq pulu istəməkdə davam edir.

İşi düyünə salan son anda bir iranlı agentin ortalığa çıxması və Ceyhun Sultanovun futbolçunu məhz onun iştirakıyla idman direktoru olduğu kluba götürməsidir.

Daşdını dinləyək: "Çoxuı artıq "pulları qoymusan cibinə, sakit dayanmısan" deyə, fikirləşir. Heç də elə deyil məsələ. Nə pul almışam, nə də bir görüşüm olub.

Antalya toplanışında iştirak etsəm də, "Neftçi"dən başqa bütün klubların düşərgəsində olmuşam. Onlarla heç bir görüşə cəhd etməmişəm. Heç bir razılıq yoxdur aramızda.

İşlərim çox olduğundan, bu məsələ üzərində qalmağı lazım bilmədim. Necə olsa da özümü sübut etmək üçün 13-14 ayım var hələ. Tələsən yerimiz haradır bəyəm? Oyunçu da buradadır, "Neftçi" də.

Yanvarın 14-dən bu tərəfə klubun idman direktoru Ceyhun Sultanov telefonlara cavab vermirdisə, artıq oyunçu və atası da telefonlara cavab vermir. Sonunu gözləyək.

Yəqin bir ay sakit dayanmağım özümü məğlub kimi göstərib çoxlarına. Həll yolu tapmaq üçün hər iki tərəfə güzəştli təkliflərim olsa da, heç bir məhəl qoyulmur buna".