14.02.2020 14:00
504


Cari mövsümü yüksək səviyyədə keçirən və "Keşlə"nin aparıcı futbolçusuna çevirilən Sezar Meza Kolli yayda klubu tərk edə bilər.
Cempion.az xəbər verir ki paraqvaylı futbolçu hazırkı maaşından narazıdır və onun qaldırılmasını istəyir.
Klub rəhbərliyinə də söz göndərib ki, yayda ona yeni müqavilə təklif olunacaqsa maaşındakı artım da orda mütləq öz əksini tapmalıdır. "Keşlə" rəhbərliyi onun tələbini yerinə yetirməsə, böyük ölçüdə klubu tərk edəcək.