cümə, 02 may 2025

DÜNYA FUTBOLU

"Sivasspor" Türkiyə kuboku ilə vidalaşdı

14.02.2020 14:23 Oxundu 413


Türkiyə kubokunda sonuncu yarımfinalçı müəyyənləşib.

Cempion.az xəbər verir ki, son oyunda "Antalyaspor" "Sivasspor"un qonağı olub. Matç 1:1 hesabı ilə başa çatıb.

"Sivasspor" - "Antalyaspor" - 1:1

Qollar: Öztekin, 32 (1:0), Sinik, 49 (1:1)

İlk matç qolsuz bərabərliklə başa çatdığı üçün "Antalyaspor" səfərdə vurduğu qol hesabına yarımfinala yüksəlib. Komanda 1/2 finalda "Alanyaspor"la qarşılaşacaq. Yarımfinalın digər matçında isə "Fənərbaxça" "Trabzonspor"la üz-üzə gələcək.