cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

AZAL-ın sabiq futbolçusu: "Mandiç AZAL-ı xatırladı: məni aldatdılar, pulumu vermədilər"

14.02.2020 18:00 Oxundu 407

Bir vaxtlar Azərbaycan çempionatında oynamış Draqan Mandiç ölkəmizdə keçirdiyi günləri yada salıb.

Cempion.az-a açıqlama verən serbiyalı futbolçu həm pozitiv həm də neqativ məqamları yada salıb: "Mən AZAL-da forema geyinmişəm. Mənim dövrümdə bu komandanın yaxşı heyəti  varidi. Düzdür, büdcəmiz "Neftçi", "Bakı", "Xəzər Lənkəran", "İnter"lə müqayisədə çox aşağı idi. Bununla belə həmin komandalara qarşı başabaş mübarizə aparırdıq. Həm o vaxt Azərbaycan çempionatının səviyyəsi də yüksək idi. Bildiyim qədəri ilə indi səviyyə çox aşağı düşür və çempionatda cəmi 8 komanda çıxış edər. Oyunlara azarkeş marağı da çox aşağıdır".

Mandiç AZAL-da üzləşdiyi haqsızlığa da toxundu: "AZAL-da hər şey məni qane edirdi. Kollektiv, yaşadığım şəhər, insanlar və s. Lakin rəhbərlik mənə qarşı çox haqsız mövqe tutdu. Məhz həminm haqsızlığa görə komandadan ayırılmağa məcbur oldum. Klub rəhbərliyi məni aldatdı və pulumu da vermədi. Hahsnı ki həmin pul mənim halal haqqım idi".