cümə, 26 aprel 2024

BİZİM FUTBOL

"Azərbaycana qarşı səbrimiz çatmadı, təzyiqi artırdıq”

14.02.2020 19:05 Oxundu 385


“Azərbaycan yaxşı komandadır, oyunun çətin olacağını əvvəlcədən bilirdik”.

Cempion.az xəbər verir ki, bunu futzal üzrə Rusiya yığmasının üzvü Robinyo deyib.

DÇ-2020-nin elit-raundundakı çıxışlarını dəyərləndirən “Benfika”nın oyunçusu qrupda Azərbaycan millisinə qarşı keçirilən matçı da dəyərləndirib. Robinyo 3:4 hesabı ilə məğlub olduqları həmin görüşdə səbirsiz davranmalarının qurbanı olduqlarını düşünür:

“Azərbaycanla oyunda səbrimiz çatmadı. Hesabı 2:2 etdikləri zaman müəyyən bir məqam oldu ki, orada səbir etmək lazım idi.

Bəlkə daha praqmatik oynaya bilərdik. Çünki 2:2 hesabı məğlubiyyətdən yaxşıdır. Həmin vaxt da üstün idik, qol vəziyyətləri yaradırdıq. Sadəcə, keyfiyyətli çıxış etmədik.

Rəqib vəziyyəti bərabərləşdirəndə səbrimiz qalmadı. Təzyiqi artırdıq və ümumilikdə nəzarəti zəiflətdik. Nəticədə Azərbaycan daha bir qol vurdu və vəziyyət çox çətinləşdi”.