cümə, 02 may 2025

DÜNYA FUTBOLU

Emeri “Sevilya”ya qayıda bilər

14.02.2020 14:25 Oxundu 381

“Arsenal”ın keçmiş baş məşqçisi Unay Emeri “Sevilya”ya qayıda bilər.
Cempion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Əndəlüs təmsilçisinin hazırkı çalışdırıcısı Xulen Lopoteqi ilə vidalaşmaq və komandanın bir çox uğurunun memarı olan Emerini gətirmək fikrində olduğu bildirilir.

Qeyd edək ki, ispaniyalı mütəxəssis 2013-2016-cı illərdə “Sevilya”nı çalışdırıb. Klub Emerinin sükanı arxasında ardıcıl 3 il Avroliqanın qalibi olub. Mütəxəsis daha sonra "PSJ" və London "Arsenal"ını çalışdırıb.