14.02.2020 15:10
396


Ayaks”ın yarımmüdafiəçisi Hakim Ziyexi heyətinə cəlb edən “Çelsi” yayda 4 futbolçusu ilə yolları ayırmağı planlaşdırır.
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bunlar Olivye Jiru, Pedro, Villian və Mişi Batşuayidir. Hazırda komandanın əsas heyət oyunçularından olan bu futbolçuların növbəti mövsümün planlarına daxil olmadığı iddia edilir.
Qeyd edək ki, Jiru 2018, Pedro 2015, Villian 2013, Batşuayi isə 2016-cı ildən “Çelsi”də çıxış edir.