şənbə, 20 aprel 2024

GÜLƏŞ

Erməni üzərində əzimkar qələbə

14.02.2020 15:30 Oxundu 385

Azərbaycan millisinin sərbəst güləşçisi Ağahüseyn Mustafayev İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.
Cempion.az xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizəyə qoşulan idmançımız ilk görüşündə ermənistanlı Gevorq Mxeyanı şans tanımıyıb.
Pəhləvanımız təsnifat mərhələsində qarşılaşdığı rəqibi üzərində əzmkar qələbə qazanıb. 0:8 hesabı ilə geridə olan həmyerlimiz görüşün gedişində dönüş yaradıb. Nəticədə 15:8 hesabı ilə qalib gələn Mustafayev 1/8 final yüksəlib.
 
Qeyd edək ki, güləşçimiz növbəti mərhələdə Belarus təmsilçisi Viktar Sereda ilə qarşılaşacaq.