şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

Rahid : “Qəbələ” ilə xal fərqini artırmalıyıq”

14.02.2020 18:30 Oxundu 376

Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Qəbələ” ilə qarşılaşacaq “Səbail” klubunun futbolçusu Rahid Əmirquliyev açıqlama verib.
Cempion.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan kapitan, əyalət təmsilçisi ilə oyundan əvvəl bunları deyib:
“Komandada hamı “Keşlə”yə qarşı qazandığımız üç xal ilə razıdır. Növbəti oyunlarda da qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Fikirlərimiz növbəti turda “Qəbələ” ilə oyuna yönəlib. Bu, bizim üçün vacib oyundur, “Qəbələ” ilə xal fərqini artırmalıyıq”.
“Səbail” – “Qəbələ” oyunu bazar günü, saat 16:30-da start götürəcək.