cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Valverde: "İngiltərəyə getməkdənsə, Avstraliyada işləyərəm"

14.02.2020 22:00 Oxundu 388


"Barselona"nın sabiq baş məşqçisi Ernesto Valverde gələcəyi ilə bağlı açıqlama verib.

Cemрion.az goal.com-a istinadən xəbər verir ki, o, yeni iş yerinin İngiltərə Premyer Liqa klublarından birinin olmasını istəmir.

"İnsanlar mənə bəzən Premyer Liqaya gedib-getməyəcəyi soruşurlar. Mən əslində Avstraliyada işləmək istəyərəm. Məşqçi karyerası sonsuza kimi davam etmir. Bəzən fərqli yerdə yaşamaq fürsətini dəyərləndirmək lazımdır" - deyə ispan mütəxəssis bildirib.

Qeyd edək ki, "Barselona" ötən ay Valverdeni istefaya göndərib