şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

"Mançester Siti"yə şok cəza

14.02.2020 21:40 Oxundu 430


UEFA "Mançester Siti"yə ağır cəza tətbiq edib.
Cempion.az klubun rəsmi istinadən xəbər verir ki, London təmsilçisi iki mövsümlük avrokuboklardan kənarlaşdırılıb. Buna klubun maliyyə feyr-pley qaydalarını pozması səbəb olub. Cəzanın 2020/2021 və 2021/2022 mövsümlərini əhatə etdiyi bildirilib. Bundan başqa, Premyer Liqa təmsilçisi 30 milyon avro məbləğində cərimələnib.

Qeyd edək ki, "Mançester Siti"nin İdman Arbitraj Məhkəməsinə (İAM) şikayət edə biləcəyi vurğulanıb.