cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Pele: "Yaxşı vaxtlarım da olur, pis vaxtlarım da"

15.02.2020 12:19 Oxundu 377


Futbol tarixində yeganə üçqat dünya çempionu olan Pele səhhətindən danışıb. 
Cempion.az BBC-yə istinadən xəbər verir ki, əfsanəvi futbolçu yaşamaq uğrunda çətin mübarizəyə başladığını bildirib.
O, hazırda özünü yaxşı hiss etdiyini söyləyib: "Fiziki məhdudiyyətlərimi mümkün qədər yaxşı qəbul etməkdəyəm. Amma özümü qaydasında saxlamaq fikrindəyəm. Həmişəki məşğuliyyətlərimlə bağlı öhdəliklərimi yerinə yetirməkdən boyun qaçırmıram. Yaxşı vaxtlarım da olur, pis vaxtlarım da. Bu da mənim yaşımda biri üçün normaldır. Qorxub çəkinmirəm, etdiklərimdən arxayınam”.

Qeyd edək ki, ötən il sidik infeksiyası ilə xəstəxanaya yerləşdirilmiş 79 yaşlı Pele bu yaxınlarda bud-çanaq oynağını dəyişdirmək üçün əməliyyat keçirib və hazırda hərəkətdən qalıb. Pele 21 illik futbolçu karyerasında 1363 oyunda 1281, o cümlədən Braziliya millisinin heyətində 91 oyunda 77 qol vurub.