cümə, 19 aprel 2024

DİGƏR NÖVLƏR

Rafael Ağayevdən qızıl medal

17.02.2020 11:16 Oxundu 377


Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev növbəti titulunu qazanıb.

Cempion.az  xəbər verir ki, o, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan Karate1 Premyer Liqa turnirinin qalibi olub.

75 kq çəki dərəcəsində çıxış edən idmançımız bu gün keçirilən final qarşılaşmasında italiyalı Luici Busa ilə üz-üzə gəlib. 3:2 hesablı qələbə qazanan Rafael qızıl medala yiyələnərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər təmsilçimiz Rafiz Həsənov 3-cü yer uğrunda görüşdə qüvvəsini sınayıb. 67 kq çəki dərəcəsində mübarizə aparan karateçimiz Burak Uyğura (Türkiyə) 0:2 hesabı ilə uduzaraq bürünc medalın bir addımlığında dayanıb.