cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

Stuxlikdən qəribə qadağalar

17.02.2020 17:00 Oxundu 420


AFFA Hakim və hakim-inspektorlar komitəsinin sədri Frits Ştuxlik yeni qadağalarını tətbiq etməyə başlayıb.

Cempion.az xəbər verir ki, avstroyalı sədr hakimlərə AFFA-nın binasında Azərbaycan dilində danışmağı qadağan eliyib.

Bildirib ki, ədalət təmsilçiləri öz aralarında ancaq ingilis dilində danışmalıdır.

Bundan başqa, avstriyalı eyni zamanda həm hakimlərə, həm də hakim-inspektorlara mətbuata açıqlama, müsahibə verməyi də qadağan edib. Əgər kim onun qadağasından kənara çıxsa böyük cəza ilə üzləşəcək.