cümə axşamı, 01 may 2025

BİZİM FUTBOL

"Keşlə” 150-ci məğlubiyyətini alıb

17.02.2020 14:15 Oxundu 371

Bakının "Keşlə” klubu Azərbaycan çempionatlarında 150-ci məğlubiyyətini alıb. 
Cempion.az xəbər verir ki, yubiley uğursuzluğu Premyer Liqanın XVII turuna təsadüf edib.
Səfərdə "Neftçi”nin qonağı olan "Keşlə” 150-ci dəfə meydandan xalsız ayrılıb. Bu, əvvəllər "Xəzər Universiteti” və "İnter” adları altında da çıxış etmiş klubun 562-ci oyununa təsadüf edib. Bakılılar evdə 56, səfərdə 94 dəfə məğlub olub.

Qeyd edək ki, "Keşlə” ilk məğlubiyyətini 1999/2000 mövsümündə alıb. 1999-cu il oktyabrın 29-da "Xəzər Universiteti” debüt oyununda evdə "Şəfa”ya 0:1 hesabı ilə uduzub.(pfl.az)