1037
Onun adı Avropa və dünya futbolunda daha çox qalmaqallı futbolçu kimi xatırlanır.
Məşhur müsəlman futbolçu dünyanın ən yaxşı oyunçularından biri olmasına baxmayaraq, meydanda vurduğu qollardan daha çox rəqibinə qarşı kobud davranışları, əsəbi hərəkətləri, tez-tez hakimlərlə və oyunçular ilə qızğın mübahisələr etməsi və buna görə dəfələrlə qırmız kart alaraq meydandan qovulması ilə azarkeşlərin diqqətni cəlb edirdi. Amma bütün bunlar onun futbol istedadına, meydanda olduqca gözəl oyun nümayiş etdirməsinə mane ola bilmirdi. O, Fransa yığma komandasının tərkibində və "Mançester Yunayted" komandasında nümayiş etdirdiyi parlaq oyunları ilə milyonlarla azarkeşi özünə məftun etmişdi. "Mançester Yunayted"lə birlikdə 4 dəfə İngiltərə premyer liqasının qalibi olmuşdu. Ona görə də azarkeşlər tərəfindən məhəbbətlə "Kral Erik" deyə çağırılırdı. Bu məşhur müsəlman futbolçu Fransada anadan olan Erik Kantona idi. 1997-ci ildə futbol karyerasını başa vursa da o yenidən dünya futbolunun gündəmində qalmaqda davam etdi. Bundan sonra kinoda çəkilən bu məşhur müsəlman futbolçu "Yelizaveta" filmində Monsenyora de Fua rolunda oynadı. Britaniyalı kino rejissor Ken Louç bu məşhur müsəlman futbolçuya həsr edilən "Erikin axtarılması" filmini çəkib. Hazırda "Nyu-York Kosmos" klubunun idman direktoru vəzifəsində işləyən Kantona yenə də dünya futboluna öz töhfəsini verməkdə davam edir.
Zirvəyə gedən yol
Gələcəyin məşhur futbolçusu olacaq Erik Kantona 1966-cı il may ayının 24-də Marsel şəhərində anadan olub. Uşaqlıqdan qeyri-adi futbol istedadı ilə seçilən Erik qısa müddətdə futbol mütəxəssislərinin diqqətini cəlb edir. Çünki o, həqiqətən də, meydanda topla ən məşhur futbolçular kimi davranır, sürətli hücumları və aldadıcı hərəkətləri, qeyri-adi driblinqləri ilə görənləri özünə heyran qoyurdu. Amma uşaqlıqdan Kantonanın bir mənfi cəhəti futbol mütəxəssislərinin heç xoşuna gəlmirdi. Bu da onun həddindən artıq emosional olması, tez-tez mübahisələrə girməsi, ona qarşı kobudluq edənlərə eyni tərzdə, həm də sərt şəkildə cavab verməsi ilə bağlı idi. Bununla belə onun bu emosionallığının tədricən keçib gedəcəyinə ümid edən futbol mütəxəssislərinin məsləhəti ilə 1981-ci ildə 15 yaşlı Eriki "Oser" komandasına qəbul etdilər. İki il "Oser"in gənclərdən ibarət yığma komandasında oynayan və burada özünü olduqca yaxşı cəhətdən, ən istedadlı futbolçu kimi göstərməyi baracan Eriki əsas heyətdə oynatmağa başladılar. 1983-cü ildə 17 yaşında ikən Erik Kantona "Oser"in əsas heyətində ilk oyununa çıxdı. Bir il bu komandada oynadıqdan sonra onu 1984-cü ildə hərbi xidmətə çağırdılar. Bir il orduda xidmət etdikdən sonra yenidən "Oser"ə qayıtdı. Lakin nə üçünsə "Oser"in baş məşqçisi Kantonanın orduda xidmət etdiyi dövrdə formasını itirdiyini düşünərək futbolçunun Fransanın ikinci divizionunda çıxış edən "Martiq" komandasına icarəyə verilməsini daha məqsədəuyğun hesab elədi. "Martiq"də vurduğu qollarla diqqəti cəlb edən Erik Kantonanın adı 1986-cı ildə Fransa yığma komandasına əsas namizədlərdən biri kimi çəkilməyə başladı. Yalnız bundan sonra hərəkətə keçən "Oser" komandası Erik Kantona ilə anlaşma imzaladı və o, qısa müddətdə bu komandanın qol krallarından birinə çevrildi. 1987-ci ildə Kantonanı Fransa yığma komandasına çağırdılar və o, burada parlaq oyun nümayiş etdirməyə başladı. Bu arada isə Kantonann "Oser"də oynayan komanda yoldaşı Bryuno Martini ilə aralarında mübahisə düşdü. Mübahisə əsnasında Erik Kantona Bryuno Martininin sifətinə yumruq zərbəsi endirdi. Buna görə Kantonanı böyük həcmdə cərimə etdilər. Bundan bir il sonra Kantona oyun zamanı rəqibinə qarşı kobud oynadığına görə 3 aylıq diskvalifikasiya edildi. Lakin gənclərdən ibarət yığma komandada da yenidən parlaq oyunu ilqə yadda qalan Erik Kantona belə demək mümkünsə öz günahlarını yumuş oldu. Belə ki, Erik Kantonanı vurduğu qollar sayəsində Fransanın gənclərdən ibarət yığma komandası Avropa çempionu oldu.
Sevimli komandasına transfer və dəlisov oyunçu
Gənclərdən ibarət yığma komandanın uğur qazanmasındakı xidmətlərinə görə "Marsel" Erik Kantonanı öz heyətinə cəlb etdi. "Oser"dən Kantonanın transferi "Marsel"ə o vaxt üçün rekord miqdar hesab edilən 2 milyon funta başa gəldi. Əslində Kantona özü də uşaqlıqdan "Marsel"in azarkeşi idi və bu komandada oynamaq istəyirdi. İndi isə o öz arzusuna çatmışdı. Bununla belə ipə-sapa sığmayan emosional və dəlisov Kantona "Marsel"də də kobudluğu ilə fərqlənməkdə davam ediridi. Bu xarakterini o, yığma komandaya daşımışdı. Belə ki, baş məşqçi ilə tez-tez mübahisələrə girən Kantona onların da canını boğazına yığmışdı. Kantonanın telekanallardan birinə verdiyi müsahibədə Fransa yığma komandasının baş məşqçisi Anri Mişeli kobud şəkildə təhqir etməsi ona baha başa gəldi. Belə ki, baş məşqçini təhqir etdiyinə görə Kantonanı bir il müddətinə yığma komandadan xaric etdilər. Buna baxmayaraq, məşhur futbolçu "Marsel"də də kobudluğunu davam etdirməkdə idi. Belə ki, 1989-cu iln yanvar ayında Moskvanın "Torpedo" komandası ilə keçirilən yoldaşlıq görüşündə oyunda əvəzlənməsi Kantonanı özündən çıxardı. O, əsəbi hərəkətlə top tribunaya tamaşaçıların üzərinə vurdu və futbolkasını çıraraq hakimə doğru fırlatdı. Buna görə onu 3 ay müddətinə yenidən diskvalifikasiya etdilər. "Marsel" bu dəlisovdan yaxa qurtarmaq üçün məşhur futbolçunu "Bordo" komandasına icarəyə verməyə məcbur oldu. "Bordo" da altı ay oynayandan sonra bu dəfə onu "Monpelye" komandasına icarəyə verdilər. Amma burada da Kantona yaxşı futbol nümayiş etdirib "döyüşkən" olduğunu bir daha sübut etdi. O, bu dəfə komanda yoldaşı Jan-Klod-Lemultun süfətinə butsu ilə zərbə endirdi. Bundan sonra "Monpelye"nin 6 oyunçusu rəhbərlikdən Kantonanın komandadan qovulmasını tələb etdi. Lakin Kantonanı Loran Blan və karlos Valderram müdafiə etdilər. Nəticədə bu kobudluğuna görə, Kantona on gün müddətinə diskvalifikasiya olundu. Bunun da nəticəsində meydanda yenidən vurduğu qollarla "Monpelye"yə qələbələr qazandıran Kantona azarkeşlərin sevimlisinə çevrildi. Məhz Kantonanın vurduğu qollar nəticəsində "Monpelye" Fransa kubokunu qazandı. Kantona Fransa kuboku uğrunda "Monpelye"nin heyətində keçirdiyi 6 oyunda rəqib qapılarında 4 top keçirdi.
"Marsel"dən Kantonaya qarşı haqsısszlıq
Kantonanın belə gözəl bir oyun nümayiş etdirməsi və bir arada yenidən emosiyalarını cilovlayaraq yoldaşlarına münasibətdə daha səmimi olması və kobudluğa yol verməməsi "Marsel"i yenidən hərəkətə keçirdi. "Marsel" rəhbərliyi Kantonanı icarədən geriyə qaytardı. Həmin vaxt "Marsel"ə məşhur alman futbolçusu Frants Bekkenbauer rəhbərlik edirdi. Kantona dərhal bu məşqçi ilə dil taparaq dostlaşdı. "Marsel"də yenidən ən yaxşı günlərini yaşayan Erik Kantona yenə də qolu qol dalınca vurmaqda davam edirid. Lakin "Marsel"rəhbərliyi nə üçünsə Bekkebauerin məşqçiliyindən razı deyildi. Ona görə də klubun prezidenti Bernar Tapi Bekkenbaueri istefaya göndərərək onun yerinə Raymon Qutalsı baş məşqçi təyin etdi. Lakin yeni baş məşqçi ilə Kantona arasında münasibətlər arzu edilən olmadı. Kantonanın azadlıqsevərliyi və açıq şəkildə baş məşqçini tənqid etməsi "Marsel"in prezidenti Bernar Tapinin xoşuna gəlmirdi. Bununla belə əla oyun nümayiş etydirən Kantonanın sayəsində "Marsel" 1991-ci ildə Fransa çempionu adını qazandı. Lakin özünə komanda rəhbərliyi tərəfindən özünə qarşı xoşagəlməz münasibətin qaldığını hiss edən Kantona başa düşürdü ki, vəziyyət uzun müddət belə davam edə bilməz. Bu arada isə Fransa çempionu olan və buna baxmayaraq yüksək titulun qazanılmasında Kantonanın vurduğu qolların bir elə də əhəmiyyəti olmadığını düşünən "Marsel" rəhbərliyi məşhur futbolçunun "Nim Olimpik"ə transferinə məmnunluqla razılıq verdi.
Hazırladı Əziz Mustafa