17.02.2020 17:16
352

Almaniyanın “Hoffenhaym” klubu futbolçusu Stiven Zuberin müqaviləsinin müddətini artırıb.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi 2023-cü ilin yayına qədər olan “Hoffenhaym” komandasının şərəfini qoruyacaq.
Qeyd edək ki, 2014-cü ildən “Hoffenhaym”da çıxış edən Zuber, 23 dəfə də İsveçrə yığmasının formasını geyinib.