cümə axşamı, 22 may 2025

DÜNYA FUTBOLU

Sarridən yeni rekord

17.02.2020 18:35 Oxundu 378

A Seriyasının 24-cü turunda evdə "Breşia" üzərində qələbə (2:1) "Yuventus" üçün əlamətdar olub.
Cempion.az xəbər verir ki, Maurisio Sarrinin rəhbərlik etdiyi komanda bu mövsüm 17 ev oyununda 16-cı qələbəsini qazanıb. 61 yaşlı mütəxəssis "Yuventus" un tarixində bu uğura imza atan ikinci məşqçidir.  Bu nəticəni əldə edən ilk məşqçi 1960-cı ildə  Karlo Parola olub.
 
Qeyd edək ki, “Yuventus” 57 xalla turnir cədvəlində liderlik edir.