şənbə, 04 aprel 2020

BİZİM FUTBOL

Qarayev Azərbaycan millisindən niyə imtina edib?

18.02.2020 09:28 Oxundu 185


“Özümü tam olaraq vladiqafqazlı kimi hiss edirəm. AFFA-dan mənə zəng vuraraq demişdilər ki, 1995-ci il təvəllüdlü futbolçulardan yeni komanda qururlar".

Cempion.az xəbər verir ki, bu sözləri 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü David Qarayev deyib.

Rusiyanın “Kamaz” klubunun futbolçusu yerli mətbuata açıqlamasında  yığmamızdan dəvət aldığı dönəmi xatırlayıb. O, artıq Rusiya vətəndaşlığı aldığını bildirib: "Həmin vaxt bir çox əcnəbini, məsələn, ukraynalıları milliləşdirdilər. O vaxt Avropa çempionatına qatıldıq və Rusiya Futbol İttifaqı üçün yəqin ki, səhvən legioner sayıldım. Çünki Azərbaycanın gənclərdən ibarət komandasında bir neçə oyun keçirmişdim. Mən isə yalnız Rusiya vətəndaşlığını istəyirdim. Belədə mənə daha asan olurdu. Bu vəziyyətdə vətəndaşlığı geri qaytarmaq çətindir. Ancaq Azərbaycan tərəfi buna razılıq verdi”.

Qeyd edək ki, David Qarayev 2013-cü ildə U-18 yığmamızın heyətində yoxlama görüşündə iştirak edib.