cümə, 29 mart 2024

BİZİM FUTBOL

Şeydayev Azərbaycanda çox qalmaq istəmir: "Söz vermişdim ki Azərbaycana qayıtsam ansaq "Sabah"da oynayacam"

18.02.2020 12:30 Oxundu 365


Millimizin futbolçusu Ramil Şeydayev “Sabah”a transferini təsdiqləyib.

Cempion.az xəbər verir ki, 1news.az saytına müsahibəsində 23 yaşlı hücumçu deyib ki, bu qərarı doğru hesab edir: “Uzun vaxt idi oynamırdım. Mənim böyük iddialarım və “Sabah”dan gözləntilərim var. Azərbaycanda bir komandaya keçəcəkdimsə, bu, yalnız “Sabah” ola bilərdi. Klub rəhbərliyi ilə uzun müddətdir danışıram və onlara söz vermişdim ki, Azərbaycana qayıtsam, yalnız “Sabah”ı seçəcəyəm. Klubun layihələri ilə yaxşı tanışam. Deyə bilmərəm ki, bu mövsüm bütün oyunlarını izləmişəm. Amma baxmışam. Hiss edirəm ki, “Sabah”a kömək edə bilərəm. Kimsə əsas heyətdə oynayacağıma təminat verə bilməz. Mütləq öz üzərimdə işləməli və nəyə qadir olduğumu göstərməliyəm”.


Şeydayev komanda seçiminin niyə uzun çəkməsi barədə də danışıb: “Təkliflər var idi. Bir tərəfdən bəzi klublara keçidim alınmadı. Digər tərəfdən bəzi yerlərə özüm getmək istəmədim. “Dinamo”dakı karyerama gəlimcə, indi bunu şərh etmək istəməzdim. Fikrimcə, 2019-cu ili pis keçirmədim. Bəzən alındı, bəzən isə yox. Amma hər şey Allahdan asılıdır. Deməli, qismət belə imiş”.

Bununla belə, Şeydayev bildirib ki, yayda xaricdə özünə yeni klub tapmaq fikrindədir: “Hər şey bu mərhələni necə keçirəcəyimdən asılıdır. Amma Azərbaycanda çox qalmaq istəmirəm”.