cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

Qvardiola açıqladı: "İkinci liqaya göndərsələr də burada qalacam"

18.02.2020 13:23 Oxundu 355


"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola klubdakı gələcəyi ilə bağlı açıqlama verib.

Cempion.az "Sky Sports"a istinadən xəbər verir ki, o bildirib ki, İngiltərə təmsilçisi iki mövsümlük avrokuboklardan uzaqlaşdırılmasına baxmayaraq, komandadan ayrılmağı düşünmür:

"Hansı liqada olmağımızdan asılı olmayaraq, burada qalacağam. İkinci liqaya göndərsələr də, ayrılmayacağam. İndi birlikdə olmaq zamanıdır".

Qeyd edək ki, Qvardiolanın "Mançester Siti" ilə müqaviləsi 2021-ci ilin iyununda başa çatır.