cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

Derbini buraxacaq

18.02.2020 22:51 Oxundu 376


"Qalatasaray"ın futbolçusu  Mario Lemina sıradan çıxıb.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, Superliqanın 22-ci turunda "Malatyaspor"la qarşılaşmada zədələnən yarımmüdafiəçi 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq. 26 yaşlı fransalı futbolçu bu səbəbdən 23-cü turda səfərdə "Fənərbaxça" ilə oyunu buraxmalı olacaq.
Bundan əlavə oyunçunun "Gənclərbirliyi" və "Sivasspor"la matçlarda da iştirak etməyəcəyi bildirilib.

Qeyd edək ki, "Fənərbaxça" - "Qalatasaray" görüşü 23 fevral 21:00-da başlayacaq.