şənbə, 04 aprel 2020

BİZİM FUTBOL

“Qarabağ” 5 pillə “Neftçi” 3 pillə irəliləyib

18.02.2020 23:15 Oxundu 223


Football World Rankings portalı dünyanın ən yaxşı klublarının yeni reytinqini açıqlayıb.
Cempion.az xəbər verir ki, 1000 klubun sırasında Azərbaycanın yeddiqat çempionu “Qarabağ” 5 pillə irəliləyib.

Ağdam təmsilçisi 1054 xalla 615-ci yerdən 610-cu pilləyə qalxıb. “Neftçi” 818 xalla 3 pillə yüksəlməklə, 684-cü yeri 681-ə dəyişib.

Qeyd edək ki, reytinqdə ilk “üçlük” olduğu kimi qalıb: 1.”Liverpul” (İngiltərə, 15962 xal), 2.”Barselona” (İspaniya, 14827 xal), “River Pleyt” (Argentina, 12609 xal)