cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

"İnter"dən "Barselona"ya şərt

19.02.2020 00:13 Oxundu 360


"İnter” Lautaro Martines üçün “Barselona”ya şərt qoyub.
Cempion.az xəbər verir ki, İtaliya təmsilçisi oyunçusuna qarşılıq Antuan Qrizmannı istəyir.
Məlumata görə, Martinez Messi ilə bir komandada çıxış etmək istəyir. O, daha öncə verdiyi açıqlamada “Braselona”da oynamağa müsbət yanaşdığını bildirmişdi.
Ancaq Milan klubu futbolçunun əvəzinə Antuan Qrizmannı tələb edəcək. Tərəflər arasında danışıqların hansı nəticə ilə bitəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, Lautaro Martines bu mövsüm 16 qol vurub. Qrizmann isə “Barselona”da gözləntilərdən uzaqda qalıb. O, komandası ilə keçirdiyi 32 matçda cəmi 12 dəfə fərqlənib.Kataloniya təmsilçisi Martines üçün "İnter"ə Koutinyonu təklif etmişdi.