cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

"Real" yeni transferini təqdim etdi

19.02.2020 15:31 Oxundu 406


"Real" yeni transferi Reyneri ictimaiyyətə təqdim edib.

Cempion.az klubun saytına istinadən xəbər verir ki, tədbir Madrid təmsilçisinin ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" stadionunda gerçəkləşib.

Qeyd edək ki, "Real" 18 yaşlı yarımmüdafiəçini Braziliya "Flamenqo"sundan 30 milyon avroya transfer edib. Onun əvvəlcə “Real”ın ikinci komandasında - üçüncü liqada çıxış edən  "Kastilya"da oynayacağı bildirilib.